İsrailin daha bir rütbəli əsgəri həlak oldu

İsrailin daha bir rütbəli əsgəri həlak oldu
DÜNYA
09:46 13.02.2024
128
İsrail mediası Qəzza zolağında baş verən qarşıdurmalarda mayor rütbəli bir əsgərinin həlak olduğunu açıqlayıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsraildə nəşr olunan "Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, Qəzzada baş verən qarşıdurmalarda İsrail ordusunun 630-cu Batalyon B şirkətinin komandiri mayor Netaniel Kobe ölüb.

Xəbərdə Kobenin yaşadığı Hayfanın Kiryat Şmone məhəlləsində matəm olduğu bildirilib.

İsrail ordusunun məlumatlarına görə, Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 566 İsrail əsgəri həlak olub.

Onu dq qeyd edək ki, İsrail ordusunun Cənub Komandanlığı "Qəzza Diviziyası"ndakı 630-cu Ehtiyat Batalyonunu Qəzzanın cənubundakı Xan Yunus bölgəsindəki hücumlarda iştirak edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR