Oktyabrın 7-dən bəri gərginliyin azalmadığı İsrail-Həmas xəttindən yeni açıqlama gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən gecə HƏMAS rəsmiləri açıqlama verərək, İsrailin hava hücumunda iki Türkiyə vətəndaşının həyatını itirdiyini açıqlayıb.
HƏMAS-ın yüksək səviyyəli rəsmisinin verdiyi açıqlamada İsrailin hücumunun Livanın cənubunu hədəf aldığı bildirilib.
Səlahiyyətlilər avtomobildə iki Türkiyə vətəndaşının olduğunu və avtomobildə olan 5 nəfərin hamısının həyatını itirdiyini qeyd edib.
Mikayıl