İsrailin həbs etdiyi HƏMAS tərəfdarlarının ümumi sayı 500-ə çatıb

İsrailin həbs etdiyi HƏMAS tərəfdarlarının ümumi sayı 500-ə çatıb
DÜNYA
18:37 23.10.2023
187
İsrail tərəfindən saxlanılan HƏMAS tərəfdarlarının ümumi sayı təxminən 500 nəfər təşkil edib.
 
bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hərbi əməliyyatların başlanmasından (7 oktyabr) bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb, onlardan 500-ə yaxını HƏMAS-la əlaqəlidir”, - məlumatda bildirilir.

Hərbçilər əlavə ediblər ki, oktyabrın 23-nə keçən gecə terrorçulara qarşı mübarizə və silahların müsadirə edilməsi üzrə genişmiqyaslı əməliyyat zamanı axtarışda olan 64 nəfər saxlanılıb, onlardan 37-si HƏMAS-ın tərəfdarlarıdır”.
 
///Report
OXŞAR XƏBƏRLƏR