İsrailin iki vətəndaşı İordaniya ilə sərhəddə həlak olub

İsrailin iki vətəndaşı İordaniya ilə sərhəddə həlak olub
DÜNYA
19:50 18.09.2025
124
İordaniya ilə İordan çayının Qərb sahili arasındakı "Kral Hüseyn körpüsü" sərhəd keçid məntəqəsində baş verən atışma nəticəsində iki İsrail vətəndaşı həlak olub.

Məlumata görə, atışmanı İordaniya tərəfindən gəlməsi ehtimal olunan silahlı şəxslər başladıb. Hadisədən sonra sərhəd keçidi müvəqqəti olaraq bağlanıb. İnsidentin səbəbləri və hücum edənlərin şəxsiyyətləri hələlik məlum deyil.

İordaniya hökuməti atışma barədə məlumatları araşdırdığını bildirib.
 
\report
OXŞAR XƏBƏRLƏR