İsrailin İrana qarşı 22 illik planı üzə çıxdı

İsrailin İrana qarşı 22 illik planı üzə çıxdı
DÜNYA
13:13 08.10.2024
304
ABŞ-nin nüfuzlu "New York Times” qəzeti müharibə başlamazdan əvvəl onlarla İsrail təyyarəsinin Aralıq dənizi üzərində uçduğunu və İranın nüvə obyektlərinə hücumu imitasiya etdiyini xatırladıb və bunun təkcə Tehrana hədə-qorxu gəlmək deyil, həm də hücum olduğunu iddia edib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada deyib.
 
"Əgər mən onların (İsrailin) yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim", - deyə Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bəyan edib.
 
"New York Times” qəzetinin yazdığına görə, İsrail nüvə obyektlərinə toxunmaq niyyətində deyil. Rəsmilər hesab edirlər ki, İsrailin İrana qarşı ilkin cavab tədbirləri çox güman ki, hərbi bazalara və bəlkə də bəzi kəşfiyyat mərkəzlərinə yönələcək. Lakin bu, o demək deyil ki, nüvə obyektləri tamamilə ssenaridən kənarda qalıb.

İsrail və Vaşinqtonun İranda 22 ildir diqqət mərkəzində səhrada təxminən üç qat dərinlikdə basdırılmış Natanz nüvə zənginləşdirmə obyekti olub. Tanınmış media orqanının məlumatına görə, İsrail uzun illərdir ki, buranı dağıtmaq və ya sıradan çıxarmaq planları hazırlayır.

Paytaxt Tehrandan 250 kilometr cənubda yerləşən Natanz İranın uranın zənginləşdirilməsi üzrə ən böyük obyektidir. Natanz kifayət qədər asan hədəf olsa da, onu vurmaq müharibə aktı olardı. Buna görə də ABŞ son 15 ildə proqramı çökdürmək üçün bomba əvəzinə diplomatiya, təxribat və sanksiyalardan istifadə edib. İsraillilər nüvə obyektlərinin ətrafındakı hava hücumundan müdafiə sistemini zərərsizləşdirə biləcəklərinə inanırlar, lakin NYT-nin məlumatına görə, Təl-Əvivin ABŞ-nin döyüş sursatı və dəstəyi olmadan bunu etməsi mümkün görünmür.

İranın İsfahan şəhərində yerləşən Natanz bölgəsində yeraltı Natanz Nüvə Obyektinin tikintisinə 2000-ci ildə başlanılıb.
 
Natanz İranın ən böyük uranın zənginləşdirilməsi obyekti kimi tanınır. İranın paytaxtı Tehrandan təxminən 320 kilometr cənubda yerləşən obyekt düşmənin hava hücumlarından qorunmaq üçün yerin altında tikilib. Obyekt ABŞ və İsrail tərəfindən üç dəfə təxribat edilib, onlardan biri də "Stuxnet” olub. 

2015-ci ildə imzalanan müqaviləyə əsasən, İran elektrik stansiyalarında istifadəyə yararlı, lakin silah istehsalı üçün yararsız olan bu obyektdə yalnız aşağı zənginləşdirilmiş uran istehsal edəcəKk. Tərkibində cəmi 3-4 faiz U-235 olan az zənginləşdirilmiş uran atom elektrik stansiyalarında yanacaq kimi istifadə edilə bilər. Nüvə silahları üçün tələb olunan uran 90 faiz zənginləşdirilməlidir. Bu razılaşma ilə İran həmçinin 2026-cı ilə qədər Natanzda maksimum 5060 köhnə və aşağı effektiv sentrifuqanı saxlamağa, 2031-ci ilə qədər isə Fordodakı digər yeraltı obyektdə zənginləşdirmə fəaliyyətləri ilə məşğul olmamağa razılaşıb. Lakin ABŞ 2018-ci ildə sazişdən çıxdığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir