İranın Mərkəzi əyalətində hücumlar: ölən və yaralananlar var

İranın Mərkəzi əyalətində hücumlar: ölən və yaralananlar var
DÜNYA
11:38 16.03.2026
217
İsrailin İranın Mərkəzi əyalətinə həyata keçirdiyi hücumlar nəticəsində ən azı beş nəfər həlak olub, yeddi nəfər yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və İsrailin İranın Mərkəzi əyalətində həyata keçirdiyi ayrı-ayrı hücumlar zamanı itkilər qeydə alınıb.
 
Bir əyalət rəsmisinə istinadən verilən xəbərdə bildirilib ki, ilk hücum Ər-Aq şəhəri yaxınlığındakı yaşayış məntəqəsini hədəf alıb. Nəticədə ən azı dörd nəfər həyatını itirib.

Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

İkinci hücum isə Mərkəzi əyalətin Məhəllət şəhərində yerləşən yaşayış məntəqəsinə edilib. Bu hücum nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR