İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
DÜNYA
15:28 07.04.2026
536
Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş rayonunda İsrailin Baş Konsulluğunun qarşısında qanlı atışma baş verib.

Baş verən silahlı insident nəticəsində 3 hücumçu zərərsizləşdirilib, 2 polis əməkdaşı isə yaralanıb.

İstanbul Polis İdarəsindən verilən son məlumata görə, konsulluğa hücum edənlərdən 2-si hadisə yerində öldürülüb, 1-i isə yaralı halda ələ keçirilib. Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı rəsmi açıqlama verərək, hücumun bütün detallarının araşdırıldığını bildirib:

"Faktla bağlı 1 baş prokuror müavini və 2 respublika prokuroru təyin edilib. Prokurorlar hadisə yerində araşdırmalara və lazımi istintaq tədbirlərinə başlayıblar".

Hadisənin anbaan görüntülərini təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR