İsrail və HƏMAS arasında münaqişələr davam edərkən, İsrailin keçmiş Baş naziri Yair Lapid mediası ilə bağlı mühüm açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sabiq Baş nazir açıqlamasında deyib:
"Beynəlxalq media obyektiv olsa, HƏMAS-a xidmət edəcək. Hər iki tərəfi göstərirsə, HƏMAS-a xidmət edir. Fikrimcə, media sadəcə olaraq hadisənin hər iki tərəfini danışdığını iddia edə bilməz. Əgər onlar bunu etsələr, bu, yalnız HƏMAS-ın tərəfini izah etmiş olar. Bu da qorxaqlıqdır".
Bunun fələstinlilər də daxil olmaqla, qurbanlar üçün təhqir olduğuna diqqət çəkən Lapid bunun jurnalistikanın təməldə nə olduğu fikrinə də təhqir olduğunu bildirib.
30 ildir jurnalist kimi çalışdığını bildirən Lapid "İsraili tənqid etməkdə heç bir problemim yoxdur, ancaq bir tərəfin yalan danışdığını, digər tərəfin isə faktları yoxlamaq üçün hər cür səy göstərdiyini bildiyiniz zaman, ən azından bunu edə bilərik" - deyə keçmiş Baş nazir söyləyib.
Mikayıl