Hizbullahın öldürdüyü İsrailin Baş Qərargah rəisi döyüş bölgəsində belə görüntüləndi - FOTO

DÜNYA
12:21 14.10.2024
307
Hizbullahın öldürdüyü iddia edilən İsrailin Baş Qərargah rəisi Herzi Helevi Qolani bazasına baş çəkib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Helevi bazaya baş çəkərək əsgərlərlə görüşüb.
 
Hücumu müvəffəqiyyətlə dəf etdiyini bildirən Helevi "Biz müharibədəyik və arxadan bir təlim bazasına edilən hücum, ağrılı nəticələri olan ciddi bir hücumdur. Qarşıdakı döyüşlərə hazırlaşmağa və qüsursuz məşq etməyə davam edəcəyik", - deyə o bildirib.
 
Digər tərəfdən, İsrail ordusu "Hizbullahın hücumuna qarşı insan haqları təşkilatları hərəkətə keçməlidir. Əsgərlərimiz yemək yeyərkən onlara hücum etmək müharibə cinayətidir" deyə bəyanat yayıb.

Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR