İsrailin Livana hücumları davam edir – Atəşkəs yenə pozuldu

İsrailin Livana hücumları davam edir – Atəşkəs yenə pozuldu
KRİMİNAL
16:19 16.07.2026
124
İsrail bölgədəki atəşkəsə və Livanın da daxil edildiyi bildirilən ABŞ-İran razılaşmasına baxmayaraq, hücumlarını davam etdirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin yaydığı xəbərə görə, İsrail qırıcıları Yuxarı Nəbatiyyə bölgəsində yerləşən Deyr məhəlləsinin ətrafına iki hava zərbəsi endirib.

Hücum zamanı partlayış səslərinin Nəbatiyyə vilayətinin böyük hissəsindən eşidildiyi, zərbələrin endirildiyi ərazidən isə güclü tüstünün yüksəldiyi bildirilib.

İsrail ordusu həmçinin Sur şəhərinə bağlı Rəşef qəsəbəsini artilleriya atəşinə tutub.

Beyt Yahun qəsəbəsinin ətrafında isə İsrail əsgərlərinin çox sayda ev və ərazini yandırdığı bildirilib.

Bundan əlavə, İsrail qırıcılarının səhər saatlarına yaxın cənubdakı Bəraşit və Beyt Yahun qəsəbələrinin ətrafını da hədəfə aldığı qeyd olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR