İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
DÜNYA
22:51 10.03.2026
60
Martın 2-dən etibarən İsrailin Livana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 570 nəfərə çatıb.

Bu barədə Livan hökuməti yanında fəaliyyət göstərən böhran mərkəzinin hesabatında bildirilib.

Məlumata görə, hücumlar nəticəsində 1 444 nəfər də yaralanıb.

Hesabatda qeyd olunur ki, martın 2-dən bəri İsrailin zərbələri nəticəsində ümumilikdə 570 nəfər həyatını itirib, yüzlərlə insan müxtəlif dərəcəli xəsarətlər alıb.
OXŞAR XƏBƏRLƏR