İsrail Livana hava hücumu etdi

İsrail Livana hava hücumu etdi
DÜNYA
14:34 24.12.2025
88
İsrail qüvvələri Livanın cənubundakı Nəbatiyyə qubernatorluğuna hava hücumları həyata keçirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir.
 
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Nəbatiyyənin Numeyriyyə və Homin vadilərində bir sıra hücumlar həyata keçirib.

Sosial mediada yayılan görüntülərdə İsrailin hücumundan sonra hədəf alınan ərazilərdən tüstü qalxdığı görünür.

Livan hakimiyyəti hələlik hücumlar və ya hər hansı bir itki ilə bağlı heç bir açıqlama verməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR