İsrailin müdafiə naziri: “HƏMAS müharibəyə başlamaqla ciddi səhvə yol verdi”

İsrailin müdafiə naziri: “HƏMAS müharibəyə başlamaqla ciddi səhvə yol verdi”
DÜNYA
13:15 07.10.2023
351

"HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi”.

Bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant "X” sosial şəbəkə hesabında bildirib.

"Müdafiə Ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq”, - deyə müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oktyabrın 7-də səhər saatlarında Qəzza zolağına yaxın olan ərazilərə hücum edib.

OXŞAR XƏBƏRLƏR