İsrailin müdafiə naziri Yoav Qalantın Qəzzada icra etməyi düşündüyü planın təfərrüatları ortaya çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin "Hayom” qəzeti Qəzzanın idarə olunması ilə bağlı baş nazir Benyamin Netanyahu ilə fikir ayrılığına düşmüş müdafiə naziri Qallantın bölgə ilə bağlı planından yazıb.
Bildirilib ki, Qallantın planı Qəzzada Fələstin administrasiyasına bağlı yerli fiqurları beynəlxalq nəzarət altında silahlandırmaq olub.
Qeyd edilib ki, məqsəd İsrail tərəfindən bu silahların "HƏMAS-ın əlinə keçməsinin” qarşısını almaq üçün onları elektron şəkildə izləməkdir.
Mayın 15-də keçirdiyi mətbuat konfransında Qalant Qəzzanın İsrailin mülki və ya hərbi idarəçiliyinə razı olmayacağını və HƏMAS-dan başqa Fələstin təşkilatlarının beynəlxalq aktyorlar tərəfindən idarə olunmasının İsrailin maraqlarına uyğun olduğunu müdafiə edib.
Qalantın sosial şəbəkədəki açıqlamasına cavab verən Netanyahu hücumlardan sonra Qəzzanin adminstrasiyasını Fələstin rəhbərliyinə buraxmayacağını bildirib.
Mikayıl