Qəzzada 7 gündür davam edən müvəqqəti atəşkəs bu gün səhər saatlarında sona çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsrail ordusunun yenidən hücumlara başlaması olub.
Mövcud halla bağlı açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu mühasirəyə alınan Qəzza zolağına yenidən hücuma başladıqlarını açıqlayıb və Həmasın bu gün razılaşmaya uyğun olaraq bütün qadın əsirləri azad etmədiyini və İsrailə raket atdığını deyib:
"Müharibəyə qayıtmaqla, İsrail hökumətinin müharibənin məqsədlrinə sadiq qaldığını vurğulayacağıq. Məqsədimiz israilli məhbusları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın yenidən İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir".
Netanyahunun ofisindən verilən açıqlamada Qəzzaya yeni hücumlarda Həmas günahlandırılıb.
Mikayıl