İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 63 minə çatır

İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 63 minə çatır
DÜNYA
16:02 28.08.2025
188
İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həlak olan mülki şəxslərin sayı 62 min 966-ya, yaralananların sayı isə 159 min 266-ya yüksəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Məlumata görə, son 24 saat ərzində İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 71 nəfər həyatını itirib, 339 nəfər yaralanıb. Bununla da, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumlarında ölənlərin sayı 62 min 966-ya, yaralananların sayı isə 159 min 266-ya çatıb.

Nazirliyin açıqlamasında bildirilib ki, İsrailin 18 mart 2025-ci ildə atəşkəs razılaşmasını birtərəfli şəkildə pozmasından sonra indiyədək 11 min 121 nəfər ölüb, 47 min 225 nəfər yaralanıb. Son 24 saatda bölgədə humanitar yardım paylanması zamanı İsrailin açdığı atəş nəticəsində 22 nəfər həlak olub, 203 nəfər yaralanıb. Beləliklə, yardım paylanması zamanı İsrailin hücumları nəticəsində ölənlərin ümumi sayı 2 min 180-ə, yaralananların sayı isə 16 min 46-ya yüksəlib.

Nazirlik bildirib ki, son bir gündə, aralarında 2 uşağın da olduğu 4 nəfər aclıqdan həyatını itirib. Bununla da, aclıq və qidalanma çatışmazlığı səbəbindən həlak olanların ümumi sayı 317-yə çatıb. Onların 121-i uşaqdır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR