İsrailin Qəzza və Rəfaha hücumları nəticəsində 6 nəfər həyatını itirib

DÜNYA
13:54 27.12.2024
106
İsrail ordusunun Qəzza zolağının şimal və cənubunda təşkil etdiyi hücumlarda ən azı 6 fələstinli həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat verib.

Məlumata görə, İsrail ordusunun səhər saatlarında Qəzza şəhərinin Şucaiyye bölgəsində bir evi bombalaması nəticəsində azı 4 nəfər həlak olub.
Sidra və Rəfah şəhərilərinə olunan hücumlarda da 2 mülki şəxs həyatını itirib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda 45 min 399 fələstinli ölüb, 107 min 940 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR