Qəzzada baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 23-ə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu blokada altındakı Qəzza zolağında daha 4 əsgərinin həlak olduğunu açıqlayıb.
İsrail ordusunun açıqlamasında 31 oktyabrdan etibarən Qəzza zolağında quru əməliyyatında baş verən qarşıdurmalarda şəhid olan İsrail əsgərlərinin sayının 23-ə yüksəldiyi bildirilib.
Açıqlamada ötən gün Qəzzada baş verən qarşıdurmalarda 4 İsrail əsgərinin öldüyü, 2-nin isə ağır yaralandığı qeyd edilib.
İsrail Qəzzadan həyata keçirilən hücumlarda isə 315-i əsgər olmaqla 1400-dən çox israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi məlumata görə, İsrailin hücumları nəticəsində 3 min 760-ı uşaq, 2 min 326-sı qadın olmaqla 9 min 61 fələstinli həyatını itirib, ən azı 32 min nəfər yaralanıb.
Ayşən