İsrail ordusu bu gün də blokada altında olan Qəzzaya zərbələr endirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu gecə saatlarından sakitliyin hökm sürdüyü mühasirədə olan Qəzza zolağında bəzi ərazilərə zərbələr endirib.
Bildirilib ki, Qəzza zolağının cənubundakı Han Yunus bölgəsinin şərqindən partlayış səsləri eşidilib. İsrail ordusunun sosial media hesabından edilən açıqlamada, "Han Yunus bölgəsindəki hücuma hazırlıq zamanı raket atış sahəsinin hədəf alındığı" irəli sürülüb.
Ötən gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbə nəticəsində 15 fələstinli ölüb, 22 nəfər yaralanıb. Hücumlarda həyatını itirənlər arasında İslami Cihad Hərəkatının hərbi qərargahından 3 nəfərin olduğu açıqlanıb.
Gülay