İsrailin Qəzzaya hücumları nəticəsində 55 fələstinli həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində 55 fələstinli həlak olub
DÜNYA
21:13 03.08.2025
250
İsrail ordusunun Qəzza zolağına səhər saatlarından bəri davam edən hücumları nəticəsində 27-si humanitar yardım gözləyən 55 fələstinli həlak olub.

Bu haqda məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində, həmçinin Qəzza zolağının mərkəzi Vadi Qəzza bölgəsində, şimal-qərbdəki Sudaniya bölgəsində humanitar yardım gözləyən fələstinlilərə atəş açıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR