İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı artdı

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı artdı
DÜNYA
17:54 24.07.2025
347
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, son 24 saatda Qəzza xəstəxanalarına 89 ölü və 453 yaralı gətirilib.

Yanvarın 19-da razılaşdırılmış atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 8 min 447 fələstinlinin şəhid olduğu, 31 min 457 nəfərin yaralandığı da bildirilib.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 59 587 nəfərə, yaralıların sayının isə 143 498 nəfərə yüksəldiyi bildirilir.

Qeyd edək ki, mayın 27-dən bu yana İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu tərəfindən humanitar yardım adı altında Qəzzada fələstinliləri hədəf alan sistematik hücumlar 23 artaraq 1083-ə, yaralıların sayı isə 7275-ə çatıb.

Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR