İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı açıqlanıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.
Açıqlamada jurnalist Adil Zağrabın Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki evinə İsrail ordusunun hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 97-yə yüksəlib.
Mikayıl