İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 52 min 400-ə yüksəldi

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 52 min 400-ə yüksəldi
DÜNYA
13:59 30.04.2025
144
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 52 min 400-ə çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzzada son 24 saatda 35 ölü, 109 yaralının xəstəxanalara çatdırıldığı qeyd edilib. 

İsrail ordusunun yanvarın 19-da əldə etdiyi atəşkəsi pozaraq, 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 2 min 308 fələstinlinin həyatını itirdiyi, 5 min 973 nəfərin isə yaralandığı bildirilib. 

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 52 min 400-ə, yaralı sayının isə 118 min 14-ə yüksəldiyi bildirilib.

Oksana
OXŞAR XƏBƏRLƏR