İsrail ordusunun davam edən hücumları nəticəsində baş verən insan tələfatı və yaralanmalara dair son statistikalar açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 134 nəfərin cənazəsi və 1555 yaralı gətirilib.
Məlumata görə, İsrail ordusu 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 8196 fələstinlini öldürüb, 30 min 94 nəfəri isə yaralayıb.
Ümumilikdə 7 oktyabr 2023-cü ildən bu günədək İsrailin Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 59 min 29-a, yaralananların sayı isə 142 min 135-ə çatıb.
Qəzza zolağında hələ də minlərlə meyitin dağıntılar altında qaldığı bildirilir.
Bununla yanaşı, 27 maydan etibarən İsrail və ABŞ-nin dəstəklədiyi "Qəzza Humanitar Yardım Fondu" tərəfindən qurulan yardım bölgələrində Fələstinlilərə qarşı məqsədli hücumlar nəticəsində ölənlərin sayı 1021-ə, yaralananların sayı isə 6511-ə yüksəlib.
Oksana