İsrailin Qəzzaya son hücumları nəticəsində 17 fələstinli həlak oldu

İsrailin Qəzzaya son hücumları nəticəsində 17 fələstinli həlak oldu
DÜNYA
12:21 07.08.2025
182
Bu gün səhər saatlarından etibarən İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə endirdiyi hava hücumları nəticəsində aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həlak olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail, yardım girişini məhdudlaşdıraraq blokadanı sərtləşdirərkən, bu dəfə də yardım almağa çalışan mülki şəxsləri hədəf alıb.

Şati və Nusayrat qaçqın düşərgələri, Şeyx Ridvan və Xan Yunis şəhərlərində evlərin bombalanması nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla onlarla insan ölüb.

Xan Yunisdə pilotsuz uçuş aparatının məcburi köçkünlərin çadırlarına hücumu nəticəsində isə bir ana və qızı həyatını itirib.

Oksana
OXŞAR XƏBƏRLƏR