İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 54 min 981 nəfərə çatıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 54 nəfər ölüb, 305 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada əldə edilmiş atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 4701 fələstinlinin həyatını itirdiyi, 14879 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 981 nəfərə, yaralı sayının isə 126 min 920 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Oksana