İsrailin quru əməliyyatı üçün əlavə planlar təsdiqləndi

İsrailin quru əməliyyatı üçün əlavə planlar təsdiqləndi
DÜNYA
15:24 07.11.2023
177
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında quru əməliyyatı üçün əlavə əməliyyat planlarını təsdiqləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamasında müdafiə naziri Yoav Qalantın İsrail ordusunun Qəzza zolağının şimalında və Qəzza şəhərində həyata keçirəcəyi yeni əməliyyat fəaliyyət planlarını toplantıda təsdiqlədiyi bildirilib.

Bəyanatda fikirləri yer alan Qalant İsrail ordusunun keçirdiyi əməliyyatın çox təsir edici olduğuna işarə edib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR