İsrailin sabiq müdafiə naziri, ölkənin ən nüfuzlu siyasətçilərindən biri Aviqdor Liberman cəbhədə baş verən hadisələrə münasibət bildirib.
AZXEBER.COM Aviqdor Libermanın münasibətini təqdim edir:
"Dağlıq Qarbağ həmişə Azərbaycanın olub və olacaq. Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal edib.
Münaqişə illərdən bəri həll olunmadığından eskalasiya qaçılmaz idi.
Azərbaycanla münasibətlərimizə gəldikdə isə, Azərbaycan ciddi, etibarlı, öhdəliklərini heç bir zaman pozmamış ciddi tərəfdaşdır.
İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibətimiz birmənalıdır.
Son döyüşlərlə bağlı mövqeyimizə gəldikdə isə, Azərbaycan bizimlə çox sıx münasibətlərə malik ölkədir.
Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəkləyirik.
Bu, İsrailin rəsmi mövqeyidir".