İsrailin Serbiyadakı səfirliyinə hücum olub

İsrailin Serbiyadakı səfirliyinə hücum olub
DÜNYA
19:05 29.06.2024
200
Serbiyada İsrail səfirliyinə hücum edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səfirliyə hücum edən şəxs öldürülüb.
 
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç mətbuata verdiyi açıqlamada İsrailin Belqrad səfirliyini qoruyan polis əməkdaşının kimliyi hələ müəyyən edilməmiş təcavüzkar tərəfindən boğazından vurularaq yaralandığını açıqlayıb.

Daçiç hücumçunun yaralı polis əməkdaşının açdığı atəş nəticəsində öldürüldüyünü, sözügedən hadisənin "terror hücumu" olduğunu bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR