İsrail rəhbərliyi Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.
AZXEBER.COM İsrail mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib.
Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
Qeyd edək ki, İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bununla yanaşı bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Gülay