İsrailin xarici işlər naziri Azərbaycana gəlir - TARİX AÇIQLANDI

İsrailin xarici işlər naziri Azərbaycana gəlir - TARİX AÇIQLANDI
DÜNYA
18:42 10.01.2026
968
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

AZXEBER.COM xəbər verir ki, bu haqda "AIA Global” saytı məlumat yayıb.

"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, - İsrail mənbəsi bildirib.

Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:

"Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.
OXŞAR XƏBƏRLƏR