İsrailin Xarici İşlər naziri Gideon Saar bildirib ki, HAMAS əldə olunmuş razılaşmaları pozaraq 19 ölən girovun cəsədini qaytarmır.
Bu barədə ANSA agentliyi məlumat yayıb.
"HAMAS bizə son 19 cəsədi təhvil verməlidir. Dərhal, biz bunu təkidlə tələb edirik. Bir həftə və ya ay sonra deyil, indi. Bu, razılaşmanın pozulmasıdır,” – deyə Saar vurğulayıb.