İsrailin yeni prezidenti seçildi

İsrailin yeni prezidenti seçildi
DÜNYA
14:45 02.06.2021
819
İshaq Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib.

Məlumatı İsrail KİV-i yayıb.

Məlumata görə, səsvermədə iştirak edən deputatların 87-si İshak Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, "Soxnut”yəhudi agentliyinin rəhbəri olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR