İsrailin yeni səfiri Bakıya görün hansı geyimdə gəldi - VİDEO

İsrailin yeni səfiri Bakıya görün hansı geyimdə gəldi - VİDEO
SOSİAL
10:47 30.07.2025
347
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı Səfirliyi rəsmi "X" (əvvəlki Twitter) hesabında yayıb. Paylaşımda bildirilib:

"Hamımız onu ürəkdən salamlayır və gələcək fəaliyyətində uğurlar arzulayırıq".

Paylaşımla birlikdə yayımlanan videoda Ronen Kraus Azərbaycan milli geyimində çıxış edərək, İsrailin xalqımıza salamlarını çatdırıb. Yeni səfirin bu görünüşü sosial şəbəkələrdə maraqla qarşılanıb və müsbət rəy toplayıb.

Qeyd edək ki, Ronen Kraus 2024-cü ilin yanvar ayında İsrail tərəfindən Azərbaycana səfir təyin olunub. O, bu vəzifədə 2019-cu ildən ölkəmizdə diplomatik missiya həyata keçirən səfir Corc Diki əvəzləyib.

OXŞAR XƏBƏRLƏR