İsrailin Livana zərbələri nəticəsində həlak olanların sayı artaraq 486 nəfərə çatıb. AZXEBER.COM "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi bildirib. "Martın 2-dən bəri İsrailin hücumu nəticəsində həlak olanların sayı artaraq 486-ya çatıb, 1 313 nəfər yaralanıb", - bəyanatda bildirilir. Daha əvvəl 394 nəfərin həlak olduğu bildirilib.