İsrailli məhbuslardan Netanyahu və hökumətini qəzəbləndirən AÇIQLAMA

İsrailli məhbuslardan Netanyahu və hökumətini qəzəbləndirən AÇIQLAMA
DÜNYA
10:44 08.12.2023
170
İsraillə HƏMAS arasında baş tutan əsir mübadiləsi çərçivəsində azad edilən əsirlərin açıqlamaları diqqət çəkib.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Haaretz qəzetinin məlumatına görə, azadlığa buraxılan israilli məhbuslar ailələri, İsrailin baş naziri Benyamin Netanyahu və İsrailli hərbçilərlə görüşüblər.

Əsirlər fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını bildiriblər.

İsrailin Qəzzanı bombalaması ilə bağlı məhbuslardan biri "Çöldə nə baş verdiyindən xəbərimiz yox idi. Siz kəşfiyyat məlumatı olduğunu iddia edirsiniz, amma həqiqət budur ki, bombalandıq".
 
Sərbəst buraxılan məhbuslardan biri, əri hələ də HƏMAS-ın əlində olan bir qadın İsrailin HƏMAS tunellərini su altında qoymağı düşünməsi ilə bağlı bunları deyib:
 
"Bizi tunellərə aparıblar və siz tunelləri dəniz suyu ilə doldurmaqdan danışırsınız. Siz prioritet verirsiniz".
 
Digər bir məhbus isə İsrailin Qəzzanı davamlı bombalaması səbəbiylə hələ də əsir saxlanılan israillilərin həyatından narahat olduqlarını vurğulayıb.

Məhbuslardan digəri isə onlar üçün heç bir şey edilmədiyini, gizləndikləri yerin bombalandığını hiss etdiklərini, yaralı olduqları halda qaçmaq məcburiyyətində qaldıqlarını, vertolyotun onlara atəş açdığını bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR