İsrailli nazir canlı yayımda əsəbiləşdi: "Qəzza işğal edilməlidir"

İsrailli nazir canlı yayımda əsəbiləşdi: "Qəzza işğal edilməlidir"
DÜNYA
13:06 18.01.2024
154
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Qvir Qəzzanın işğalı ilə bağlı çağırışını təkrarlayıb və Qəzzalıların köçünü təşviq etməyə çağırıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə ölkəsinin Qəzzaya hücumları ilə bağlı İsrailin özəl televiziya kanalı "Kanal 13"ə açıqlama verən Ben-Qvir "Qəzza işğal edilməlidir" deyib.
 
"Müharibədə qalib gəlsək, bu, əslində baş verəcək" deyən Ben-Qvir ölkəsinin təhlükəsizliyini bərpa etmək üçün başqa yol olmadığını iddia edib.

İsrail əsgərlərinin Qəzzada çox yaxşı iş gördüyünü iddia edən Ben-Qvir əlavə edib ki, İsrail hökuməti kabineti sahədəki əsgərlərə lazımi dəstək vermir.

Yanvarın 16-da Ben-Qvir İsrail əsgərlərinin blokada altında olan Qəzza zolağının şimalındakı bəzi məntəqələrdən çıxarılmasının səhv olduğunu müdafiə edərək, müəyyən edilmiş məqsədlərə çatana qədər bölgədəki işğalın davam etdirilməsinə çağırıb.
 
İsrailin "HaYom" qəzetinin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu dekabrın 26-da Likud Partiyasının millət vəkilləri ilə görüşündə Qəzzadakı fələstinlilərlə bağlı "Bizim problemimiz qaçqınları qəbul etməyə hazır olan ölkələrdir. Biz bunu həll etmək üçün çalışırıq" deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR