İsrailli nazir May Qolan ölkəsinin ölüm yağdırdığı Qəzza zolağında yaranmış dağıntılardan qürur duyduğunu bildirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailli nazirin qalmaqallı açıqlaması gündəm olub.
Qəzzada baş verənlərlə fəxr etdiyini deyən israilli nazirin bu fikirləri birmənalı qarşılanmayıb:
"Mən şəxsən Qəzzanın dağıdılması ilə fəxr edirəm. 80 ildən sonra da hər körpə yəhudilərin etdiklərini nəvələrinə danışacaq"
Qeyd edək ki, İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.
Oksana