İsrailli nazirdən EDAM TƏLƏBİ

İsrailli nazirdən EDAM TƏLƏBİ
DÜNYA
11:34 25.10.2023
151
İsrailin energetika naziri İsrael Katz HƏMAS üzvlərinə ölüm cəzası tələb edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin energetika naziri İsrael Katz oktyabrın 7-də HƏMAS-ın hücumlarında iştirak edənlərə ölüm cəzası vermək üçün xüsusi hərbi məhkəmənin yaradılmasına çağırıb.

Katz "X” sosial media hesabından verdiyi açıqlamada HƏMAS-ın 7 oktyabr hücumlarına toxunaraq bu açıqlamaları verib:

"Mən Ədliyyə naziri Yariv Levini HƏMAS-ın, nasistlərin və onların tərəfdaşlarının cinayətləri ilə bağlı qanunların icrası üçün xüsusi hərbi məhkəmə yaratmağa və öldürən, qətlə yetirən və zorlayanlara ölüm cəzası tətbiq etməyə çağırdım”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR