İsrail və HƏMAS arasında qarşıdurmalar davam edərkən, istefa ilə bağlı kritik qərar qəbul edilib.
AZXEBER.COM xəbər verir ki, İsrailin informasiya naziri Qalit Distel istefa verib.
Şəxsi sosial media hesabından istefa verdiyini açıqlayan İsrailin İnformasiya naziri Qalit Distel Atbaryan açıqlamasında deyib:
İstefa ərizəsində aşağıdakı ifadələrdən istifadə edib:
"İsrail İnformasiya Nazirliyinə milli müqaviməti gücləndirmək tapşırığı verildi. Amma artıq milli təhlükəsizlik məsələləri ilə məşğul olan çox bacarıqlı bir nazir var, Daxili Qoşunların Komandanlığı var, müqəddəs işlərlə məşğul olan mülki təşkilatlar var və düzünü desəm, səlahiyyətlərin bu ikiqat artırılmasına heç bir əsas tapa bilmirəm. İndiki vəziyyətdə bu mövqe ölkəyə ciddi töhfə verə bilməz və ölkənin xeyri mənim üçün hər şeydən önəmlidir. Bütün bunlara görə mən informasiya naziri vəzifəsindən istefa vermək qərarına gəldim”.
Ayşən