Fələstin əleyhinə açıqlamaları ilə tanınan İsrailin Milli Təhlükəsizlik Naziri Ben-Qvir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini dağıtmaqla hədələyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ifrat sağçı fikirləri ilə seçilən İtamar Ben-Qvir X sosial media platformasındakı paylaşımında Qəzzaya hücumların dayandırılmasını hökumətinin parçalanması kimi qiymətləndirib.
Ben-Qvir öz yazısında deyib: "Müharibəni dayandırın".
İsrail mətbuatında da Netanyahunun sədrlik etdiyi Likud Partiyası daxilindən ona qarşı çevriliş olacağından narahat olduğu əksini tapıb.
Mikayıl