İsrailin xarici işlər naziri Eli Koen Vatikanlı həmkarı Paul Gallagherdən Həmas Hərəkatını birmənalı şəkildə pisləməyi xahiş edib.
AZXEBER.COM xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Vatikan İsrail vətəndaşlarına qarşı törədilən qanlı terroru açıq və birmənalı şəkildə pisləməlidir deyə bildirilib: "Vatikanın İsrailin yaşadığı problemlərlə daha çox maraqlanacağı gözlənilir. Vatikan İsrail vətəndaşlarına qarşı törədilən qanlı terroru açıq və birmənalı şəkildə pisləməlidir".
İsrail demokratik dövlətdir, vətəndaşlarını bundan qorumağa çalışır deyən Koren əsassız müqayisələrə yer olmadığını və HƏMAS-ın İŞİD-dən də pis, günahsız vətəndaşlara zərər vuran bir terror təşkilatı olduğunu iddia edib.
Günel