Rusiya Prezidenti Vladimir Putin iqtisadi artımın Avrasiyada, mühüm nəqliyyat və ticarət yollarının kəsişdiyi yerdə cəmləşdiyini bildirərək, "İstanbul Avrasiyanın biznes və mədəniyyət mərkəzlərindən biridir" deyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbəer verir ki, Kremlin yazılı açıqlamasında Putinin 18-ci Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına mesajı da yer alıb.
Verona Avrasiya İqtisadi Forumunun illər ərzində siyasətçilərin, sahibkarların, elm adamlarının və mütəxəssislərin qatıldığı əhəmiyyətli bir tədbirə çevrildiyini qeyd edən Putin, "Forum çərçivəsində keçirilən görüşlər qlobal iqtisadiyyatdakı təcili problemlərin dərin müzakirəsinə kömək edir və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir" deyib.
Putin forumun fəaliyyətinin çoxqütblü dünya nizamına keçiddə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, "İqtisadi artımın əsas mərkəzləri və mühüm nəqliyyat və ticarət yolları Avrasiyada cəmləşib. İstanbul Avrasiyanın biznes və mədəniyyət mərkəzləri arasındadır" deyib.
Gülay







































