İstanbul-Bakı reysinin təyyarəsi bu səbəbə görə gecikir

İstanbul-Bakı reysinin təyyarəsi bu səbəbə görə gecikir
SOSİAL
08:29 16.01.2023
407
"Buta Airways” aviaşirkətinin Mətbuat xidmətinin məlumatı "Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

AZXEBER.COM xəbər verir ki, bu barədə aviaşirkət feysbukda məlumat yayıb.

Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.
OXŞAR XƏBƏRLƏR