İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya araşdırması çərçivəsində 18 şübhəli həbs edilib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, İBB sədri Əkrəm İmamoğlu və 99 şübhəli haqqında "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" ittihamları irəli sürülüb.
Əkrəm İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli haqqında "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırma aparılır.
Araşdırma çərçivəsində Ali İlbak, Adem Tuncay, Ahmet Köksal, Ali Nuhoğlu, Eyüp Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Serkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Ahmet Çiçek, Yusuf İlbak, Servet Yıldırım, Serdar Haydanlı və Buğra Gökçe polis tərəfindən həbs edilib.
Ahmet Palazoğlu, Alihan Aydın, Ercan Saatçi, Alperen Aydın, Bayram Taşkın, Canan Münüklü, Cemal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan "xaricə çıxış qadağası" və "imza ilə adli nəzarət tədbiri" tətbiq edilərək sərbəst buraxılıb.