İstanbul derbisində qalib müəyyənləşmədi

İstanbul derbisində qalib müəyyənləşmədi
İDMAN
23:28 14.04.2019
6496
Aprelin 14-də futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda İstanbul derbisi keçirilib. "Qalatasaray" səfərdə "Fənərbağça"nın qonağı olub.

Sayca 389-cu olan derbidə "Fənərbağça" 147 dəfə, Qalatasaray" isə 122 dəfə qalib olub. Klublar 120 görüşündə isə qalib müəyyənləşməyib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, "Şükrü Saracoğlu" stadionunda reallaşan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 44-cü dəqiqəsində "Fənərbağça"nın futbolçusu Hasan Ali Kaldırım qırmızı kart alaraq komandasını meydanda bir nəfər azlıqda qoyub. Qonağlar bundan istifadə edərək 66-cı dəqiqədə Henri Onyekurinin vurduğu qolla hesabı açıb.

Lakin meydan sahibləri 71-ci dəqiqədə Elif Elmas vurduğu qolla hesabı bərabərləşdiriblər. Oyun elə 1:1 hesab ilə bitib.

Günün digər qarşılaşmasında "Kayserispor" doğma meydanda "Ankaragücü"nə 0:2 hesabı ilə məğlub olub. "Antalyaspor" və "Kasımpaşa" görüşündə isə meydan sahibləri 1:0 hesabla qalib gəliblər. "Yeni Malatyaspor" isə "Alanyaspor"la heç-heçə ediblər 1:1.

Bu oyundan sonra "Qalatasaray" turnir cədvəlində 58 xalla 2-cü pillədə qərarlaşıb. "Fənərbağça" isə 32 xalla ondördüncüdür
OXŞAR XƏBƏRLƏR