İstanbul ərazisində yerləşən meşəliklərə giriş qadağan edildi

İstanbul ərazisində yerləşən meşəliklərə giriş qadağan edildi
DÜNYA
10:35 04.07.2022
254
Yanğın təhlükəsizliyi ilə əlaqədar Türkiyənin İstanbul şəhərinin ərazisində yerləşən meşəlik sahələrə giriş qadağan edilib.

Bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, qadağa iyulun 5-dən 31-dək qüvvədə olacaq.

Bununla belə, İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.
OXŞAR XƏBƏRLƏR