İstanbul hava limanında bomba həyacanı

İstanbul hava limanında bomba həyacanı
SOSİAL
10:57 14.06.2016
1158

Türkiyənin İstanbul Sabiha Gökçen beynəlxalq hava limanında bomba həyəcanı yaşanıb.

AZXEBER.COM xəbər verir ki, ötən gecə saat 00.30 radələrində naməlum şəxs tərəfindən Sabiha Gökçen hava limanının daxili xətlər qapısının önünə çanta buraxılıb. Bunu görən insanlar təşvişə düşərək polisə zəng vurublar. Hadisə yerinə gələn polis əməkdaşları hava limanının giriş-çıxışını bağlayaraq təhlükəsizlik tədbirləri görüblər. Hadisə yerinə baxış keçirən istehkamçılar şübhəli çantanı yoxlayıblar. Məlum olub ki, çantanın içərisində yalnız dərman və tibbi ləvazimatlar var. Daha sonra şübhəli çanta sahibinə təslim edilib.

///Publika.az

OXŞAR XƏBƏRLƏR