İstanbul hava limanında uçuşların bir hissəsi ləğv ediləcək

İstanbul hava limanında uçuşların bir hissəsi ləğv ediləcək
DÜNYA
23:20 21.01.2022
397
Türkiyədə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbulun Sabiha Gökçen Hava Limanında sabah həyata keçirilməsi planlaşdırılan uçuşlar 25% azaldılacaq.

Bu barədə Hava Limanı və Aviasiya Sənayesi İdarəsi tərəfindən yayılan açıqlamada bildirilib.

Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet səhifələrindən və zəng mərkəzlərindən izləmələri tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR