Türkiyənin Atatürk Hava limanında baş verən terror aktı zamanı Albaniyanın Xarici İşlər Naziri Edi Rama təyyarədə gizlədilib.
AZXEBER.COM xəbər verir ki, Ankaraya səfər etməli olan nazir terakt zamanı təyyarədə olub. Ard-arda edilən partlayışlardan sonra cangüdənləri onun təhlükəsizliyini təmin etməyə çalışıblar.
Baş verən hadisədən bir neçə saat sonra təyyarədən enən nazir ərazidən uzaqlaşdırılıb.
